A seriyasından “Neftçi”yə gələcək futbolçu Denis Silva imiş
09.06.2010 - 23:05
“Xəzər-Lənkəran” klubunun sabiq braziliyalı futbolçusu Denis Silva Azərbaycana qayıdır. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi karyerasını bu dəfə əyalətdə deyil, paytaxt Bakıda davam etdirəcək.
Silvanın ölkəmizdən təklif aldığını yazan həmkarlarımız iddia edirlər ki, Azərbaycandan Braziliyaya gəlmiş nümayəndələrin Denisin transferi ilə bağlı danışıqları olub.
Məlum olduğu kimi, Bakının “Neftçi” klubunun rəsmisi Bəxtiyar Musayev Braziliyaya bir aylıq seleksiya xarakterli səfərə yollanmışdı. Denis paytaxt klubunun məşqçisi Musayevə yaxşı tanışdır. Belə ki, Silvanı 2008-ci ilin qışında “Xəzər-Lənkəran”a məhz Musayev gətirib. O, həmin vaxt cənub təmsilçisinin seleksiyaçı-məşqçisi kimi Braziliyaya getmişdi.
A seriyasından futbolçu gətirmək istəyən “Neftçi”yə müdafiənin mərkəzinə oyunçu lazımdır. Flaqman bu mövqedə çıxış edən iki legioner - Valeri Abramidze ilə eston Taavi Rahnla yollarını ayırıb. İndi komandaya gənc Ruslan Abışovun yanında, müdafiənin mərkəzində yaxşı legioner lazımdır ki, ucaboylu Silva da ölkəmizdə oynadığı iki ildə həmin mövqedə inamlı çıxışı ilə yadda qalıb.
“Xəzər-Lənkəran”la qışda müqaviləsi bitdikdən sonra Braziliyaya qayıdan Denis “Qremio Prudente” klubuna keçib və 12 görüşdə (671 dəqiqə, 2 sarı) forma geyinib. 7 matçda start heyətində meydana çıxıb və bunun beşini əvəzedilmədən keçirib.
Həmin 12 görüşdən beşi Braziliya çempionatının A seriyasına təsadüf edib. Hələlik 7 tur keçirilən çempionatda Silvanın komandası 15-ci yerdədir və dünya çempionatı ilə əlaqədar yaranan fasiləyə bu mövqedə yollanıb. Denisin əvəzedilmədən keçirdiyi oyunlardan biri çempionatın lideri “Korintians”a qarşı olub. O, həmin görüşdə dünya şöhrətli həmyerlisi Roberto Karlosla qarşılaşıb.
Qeyd edək ki, Denis “Xəzər-Lənkəran”ın heyətində (53 oyun, 3 qol, 6 sarı) Azərbaycan kuboku və “Birlik kuboku”nu qazanıb.

0
0