“Mircavadov məni iki ildir komandasında görmək istəyirdi” - MÜSAHİBƏ
09.06.2010 - 23:08
“Xəzər-Lənkəran” klubunun yeni transferi, 24 yaşlı futbolçu Asif Məmmədovun apasport.az saytına müsahibəsi
- Artıq Xəzər-Lənkəran”ın məşqlərində iştirak edirsiniz. Yeni komandanızda özünüzü necə hiss edirsiniz?
- Yaxşı. Uyğunlaşma baxımından heç bir problem yoxdur. Əksəriyyəti tanış futbolçulardır. Bəziləri ilə bir vaxtlar eyni komandada oynamışıq. İlkin təəssüratlarım müsbətdir.
- Yeni komandanızla “İnter”i müqayisə edə bilərsiniz?
- Məncə, bu haqda danışmaq hələ tezdir. “İnter”də 2 il oynamışam. “Xəzər-Lənkəran”da isə cəmi 2 gündür məşq edirəm. Şəraitimiz yaxşıdır. Məşqlər yorucu olsa da, bu prosesi keçməliyik. Çünki təlim-məşq toplanışı mütləq lazımdır.
- Sizə “Xəzər-Lənkəran”dan başqa təklif göndərən komanda var idi?
- Ciddi maraqlanan yox idi. Şifahi eşitmişdim ki, hansısa klub məni heyətində görmək istəyir. “İnter” də məni buraxmaq istəmirdi. Yeni müqavilə təklif etmişdi. Şərtlərdə razılaşa bilmədik.
- Şərtlər deyərkən nəyi nəzərdə tutursunuz? Bəlkə maliyyə baxımından ortaq məxrəcə gələ bilmədiniz?
- Bu amil də var idi. Ancaq müqavilə tək maliyyə şərti ilə bağlı deyil. Orda məni razı salmayan başqa şərtlər də var idi.
- Belə çıxır ki, “Xəzər-Lənkəran” daha çox pul təklif edib...
- Əslində, “İnter”in təklif etdiyi maliyyə şərti ilə hazırkı klubumdan alacağım məbləğ arasında elə də ciddi fərq yoxdur.
- Sizi daha çox Kaxaber Sxadadzenin yetirməsi kimi tanıyırlar. “Standard”da məhz onun rəhbərliyi altında “parladınız”, sonra “İnter”ə keçdiniz. Bəs o, baş məşqçi təyin edildikdən sonra sizə niyə az güvənirdi?
- Səbəbini bilmirəm. “İnter”dən getməyimdə bu amil də mühüm rol oynadı. Əsas heyətdə oynamaq istəyirəm. Baş məşqçi məni çox oynatsaydı, bəlkə də komandada qala bilərdim. Mövsüm ərzində 16 oyunda meydana çıxdım. Bəzi görüşlərdə ilk dəqiqələrdən, bəzilərində isə ehtiyatdan oyuna qoşuldum. Mən daim oynamaq istəyirəm. “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov məni iki ildir komandasında görmək istəyirdi. Ötən il bu komanda ilə danışmışdım və “Xəzər-Lənkəran”a keçə bilərdim. Sxadadzeyə görə “İnter” də qaldım. Onunla problemim yoxdur. Yaxşı insan və məşqçidir. Sadəcə, mən oynamaq istədiyimdən, komandamı dəyişdim. Görünür, son mövsümdə legioner limitinin olmamağı da ehtiyatda qalmağıma təsir göstərib.
- “Xəzər-Lənkəran”da sizi ciddi rəqabət gözləyir. Belə olan halda, əsas heyətdə yer alacağınıza inanırsınızmı?
- Bəli. Komandada ciddi rəqabət var. Heç kim deyə bilməz ki, baş məşqçi məni əsas heyətdə oynadacağına söz verib. Hər şey özümdən asılıdır. Toplanışda yaxşı mənada seçilməliyəm ki, daim meydana çıxım. Ağasəlim müəllim formada olan futbolçulara şans verəcək. Rəqabətə hazıram. Həm də futbolçunun inkişaf etməsi üçün rəqabət mütləq lazımdır.
- Niyə məhz “Xəzər-Lənkəran”ı seçdiniz?
- İndi yerli oyunçulara üstünlük verirlər. Həm də ötən il “Xəzər-Lənkəran” rəhbərliyinə gələcəyimlə bağlı söz vermişdim. Müqaviləm başa çatdı və bu kluba transfer olundum. Həm də “Xəzər-Lənkəran” ölkənin ən güclü klublarından biridir. Belə olan təqdirdə, niyə də bu komandaya keçməyim?
- Gələn ay Avropa Liqasının oyunları başlayacaq. “Xəzər-Lənkəran”da nə gözləməyə dəyər?
- Püşk atıldıqdan sonra nəsə demək olar. Əlbəttə, komanda olaraq ən azı iki mərhələ adlamağı düşünürük.
- “İnter”də qalsaydınız, Çempionlar Liqasında oynayacaqdınız. Ancaq indi Avropa Liqasında mübarizə aparacaqsınız. Buna görə təəssüflənirsinizmi?
- Yox, yeganə istəyim əsas heyətdə mütəmadi oynamaqdır. “İnter”ə Çempionlar Liqasında uğurlar arzulayıram. İnşallah, bütün klublarımız avrokuboklarda Azərbaycanı layiqincə təmsil edəcəklər.

0
0