“Qalatasaray” yeni futbolçu aldı
09.06.2010 - 23:10
“Qalatasaray” yeni futbolçu aldı
Mehmet Topalı "Valensiya"ya satan "Qalatasaray" ön libero mövqeyinə yeni futbolçu transfer edib. Apasport.az saytının xəbərinə görə, "Blekbern"nin avstraliyalı futbolçusu Vinse Qrella bundan sonra Türkiyədə forma geyinəcək.

Futbolçunun “sarı-qırmızı” komandaya 1,5 milyon avroya başa gəldiyi bildirilir. Xatırladaq ki, Vinse Qrella karyerası ərzində "Torino", "Parma", "Empoli" kimi klubların formasını geyinib.