“Barselona” Zlatan İbrahimoviçin transfer qiymətini açıqladı
09.06.2010 - 23:21
“Barselona” Zlatan İbrahimoviçin transfer qiymətini açıqladı
Keçən mövsüm 40 milyon avro, üstəgəl Samuel Eto’Onun müqabilində "İnter"dən "Barselona"ya keçən Zlatan İbrahimoviç Mayamidədir. Apasport.az saytının xəbərinə görə, Kataloniaya böyük ümidlərlə gətirilsə də, gözlənilən oyunu göstərə bilməyən və David Vilyanın gəlişindən sonra əsas heyətə düşmək şansları təhlükə altında olan İbrahimoviçin çıxış etdiyi İsveçin milli komandası da DÇ-2010-un final mərhələsinə çıxa bilmədi. Amma bütün bunlar futbolçunu kefindən qoymur. Hazırda Mayami sahillərində dincələn isveçli deyəsən mundialı oradan izləyəcək.

"Barselona" isə İbrahimoviçi transferə çıxarmağa hazırlaşır. Katalonlar isveçli futbolçu üçün 51 milyon avro istəyir. Klub rəhbərliyi bununla bağlı futbolçunun agenti Mino Rayolaya rəsmi bildiriş yollayıb.