Azərbaycan yığmasının rəqibinin məşqçisini SMS-lə qovdular
10.06.2010 - 08:49
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığmasında daha bir dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, qapıçılarla işləyən məşqçi Hans Qalye milli ilə yollarını ayırıb.
Sabiq baş məşqçi Dik Advokatın yığmaya gətirdiyi hollandiyalı mütəxəssisin işsiz qalmasına yeni çalışdırıcı Jorj Leekensin SMS-i səbəb olub. Qalyenin sözlərinə görə, belçikalı baş məşqçi ona istefa verməyi məsləhət görüb: “Leekens mənə göndərdiyi SMS-də yazmışdı ki, hollandların dəbdə olduğu vaxtlar keçmişdə qalıb. Ona cavab yazdım ki, bəs mən 20 ildir Belçika vətəndaşlığı daşıyıram. O isə buna heç bir reaksiya vermədi”.
Qeyd edək ki, Advokatın digər köməkçisi Bert van Linqen da az öncə istefaya göndərilib. O, hollandiyalının rəhbərlik etdiyi Rusiya yığması ilə gələn həftə müqavilə imzalayacaq.

0
0