“Qarabağ” Türkiyəyə təlim-məşq toplanışına yollandı
10.06.2010 - 11:03
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının xəbərinə görə, Qızılcahamamda məskunlaşacaq Ağdam təmsilçisinin bəzi futbolçuları müxtəlif səbəblərdən səfərə çıxmayıblar.
Belə ki, milli komandamızın üzvləri Rəşad Sadiqovla Əfran İsmayılov tibbi müayinə ilə əlaqədar artıq bir neçə gündür Türkiyədədir. Komandanın mövsümlərarası fasilədə ilk transferi Samir Abasova isə baş məşqçi Qurban Qurbanov 3 günlük istirahət verib. “İnter”dən transfer olan futbolçu gələn həftənin ilk günü qonşu ölkəyə gedəcək.
Qeyd edək ki, “Qarabağ” avroliqada mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq. İyulun 1-də ilk oyuna çıxacaq ağdamlılar rəqibini gözləyir. Bu isə iyunun 21-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatmadan sonra bilinəcək. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl apasport.az-a açıqlamasında püşkün nəticəsinə əsasən ilk oyununu səfərdə keçirəcəkləri halda, Türkiyədən birbaşa həmin ölkəyə getməyi planlaşdırdıqlarını bildirib. Əgər “Qarabağ” ilk görüşünü evdə keçirərsə, oyuna az qalmış vətənə dönəcək.

0
0