“Transfer vərəqəsini gətirsə, Andrey Rubinlə müqavilə bağlayarıq”
10.06.2010 - 11:22
“Biz Andrey Rubinin transfer etməkdə maraqlıyıq. Latviyalı futbolçunun meneceri ilə danışığımız olub. Ancaq Rubin hələlik bizim futbolçu deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
Son iki ili Bakının “İnter” klubunda keçirən Rubin “Qarabağ”ın maraq dairəsindədir. Baş məşqçi Qurban Qurbanov axtarışda olduğu sol cinah yarımmüdafiəçisi mövqeyinə Rubini istəyir. Ancaq Çəlikəlin sözlərinə görə, təcrübəli futbolçu əvvəlcə “İnter”lə problemini həll etməlidir: “Rubin komandamıza o halda gələ bilər ki, “İnter”dən transfer vərəqəsini alsın. Yəni, futbolçu klubu ilə müqavilə məsələsini həll edib, bundan sonra bizimlə anlaşa bilər. Rubin də transfer vərəqəsini gətirsə, onunla müqavilə bağlayarıq”.
Ötən mövsümkü heyətini qoruyan “Qarabağ” yalnız müdafiəçi Elnur Allahverdiyevi itirdi. Milli komandamızın üzvü yeni müqavilə ilə bağlı danışıqlara dəvət olunsa da, gəlməyib. Çəlikəl bunu Elnurun digər komandaya keçmək istəyi ilə əlaqələndirib: “Görünür, onun könlü başqa klubda imiş. Allahverdiyevi danışıqlara dəvət etsək də, gəlmədi. Belə olan halda, onunla yollarımızı ayırmağı qərara aldıq”.
Qeyd edək ki, “Qarabağ” ən son olaraq milli komandamızın kapitanı Rəşad Sadıqov, gürcü hücumçusu Georgi Adamiya ilə müqavilə imzaladı. Rəşadla yeni bir illik razılaşmaya əsasən, “transfer pəncərəsi” açıq olan müddətdə xaricdən təklif alarsa, gedişinə əngəl törədilməyəcək.

0
0