“Qəbələ” Ueyn Runinin məşqçisi ilə müqavilə bağladı
10.06.2010 - 12:23
“Qəbələ” klubu daha iki ingilis mütəxəssislə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, qarşısına böyük hədəflər qoyaraq Toni Adamsı baş məşqçi postuna gətirən qəbələlilər bu dəfə Ted Satton və Co Doylla üç illik anlaşıb.
Ancaq onların gəlişinin Adamsla bağlılığı yoxdur. Yəni, Satton və Doylla London “Arsenal”ının əfsanəvi kapitanından əvvəl razılıq əldə olunub. Yeni çalışdırıcılar Qəbələdə futbolun kütləviləşməsi ilə bağlı proqramda iştirak edəcək.
Belə ki, onlar peşəkar futbolçu yetişməsində yox, uşaqlara, qızlara, əlillərə bu idman növünə həvəs oyatmaqda, ilk qaydaları öyrətməkdə rol oynayacaq. Artıq Qəbələdə işə başlayan ingilislər “Yay futbol məktəbləri” çərçivəsində çalışacaq. Doyldan təcrübəli olan Satton vətənində daha çox “Everton” klubunda çalışıb. O, həmin komandada məşhur ingilis futbolçu Ueyn Runinin uzun illər məşqçisi olub.
Qeyd edək ki, “Qəbələ” Adamsın özü ilə birgə gətirdiyi köməkçisi Qarri Stivenslə də 3 illik anlaşıb.

0
0