Mahir Şükürov üçün yeni məşqçi
10.06.2010 - 13:39
Mahir Şükürov üçün yeni məşqçi
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Maksim Adamoviç məşqçilik karyerasını Mahaçqala təmsilçisində davam etdirəcək. O, Hacı Hacıyevin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı olacaq. Adamoviçlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hacıyev baş məşqçi postuna gələndən sonra Ukrayna yığmasının sabiq futbolçusu Andrey Qusini də məşqçilər korpusuna gətirmişdi.