Bernd Şuster rəsmən “Beşiktaş”da
10.06.2010 - 15:50
“Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisini növbəti 2 ildə almaniyalı mütəxəssis Bernd Şuster çalışdıracaq.
“Beşiktaş” rəhbərliyi ilə Şuster arasında 6 saat davam edən danışıqlardan sonra müqavilənin imzaladığı bildirilir. 2012-ci ilədək baş məşqçi işləyəcək Şuster ilinə 2,6 milyon avro qazanacaq. O, bu postda az öncə istefa verən Mustafa Dənizlini əvəzləyib.
Qeyd edək ki, Madrid “Real”ına son çempionluğunu 2008-ci ildə məhz Şuster qazandırıb. O, həmçinin “Xeres”, “Levante”, “Xetafe” və “Şaxtyor” klubunu da çalışdırıb.

0
0