“Qoy, mənim üçün detektor hazırlasınlar” - MÜSAHİBƏ
10.06.2010 - 16:10
Bakının “Neftçi” klubunun mövsümlərarası fasilədə ilk transferi, makedoniyalı futbolçu Slavko Georgievskinin müsahibəsi
- Artıq “Neftçi” ilə rəsmi müqavilə bağlamısınız. Təəssüratlarınız necədir?
- Çox şadam ki, "Neftçi" rəhbərliyi ilə danışıqlar uğurla nəticələndi. Danışıqlar prosesində bir-birimizi çox yaxşı anladıq. Əlbəttə, “Neftçi” ilə anlaşdığıma görə sevinirəm. Buna görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Azərbaycanın ən köklü komandasında oynamaq mənim üçün şərəfdir.
- “Neftçi”nin bazasına baş çəkdiniz, şəraitlə tanış oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, bazada oldum, məşq meydançaları ilə tanış oldum. Hər bir klub öz qarşısına məqsədlər qoyur. Etiraf edim ki, mənim prinsiplərimlə "Neftçi"nin məqsədləri üst-üstə düşür. Bu, gələcəkdə uğurlu nəticə qazanmağa stimul verir.
- Bura gəlməmişdən öncə “Neftçi” haqqında eşitmişdiniz?
- Çox eşitmişdim. Bilirəm ki, “Neftçi” Azərbaycanın ən köklü, ən böyük tarixə malik klubudur. SSRİ çempionatının güclülər dəstəsində Azərbaycanı təmsil etməsindən xəbərim var.
- Bu gün mətbuatda sizin totalizator oyunlarında iştirak etməyiniz, futbol matçlarına pul qoyuluşu etdiyiniz barədə məqalə dərc edilib. Bunu vaxtilə sizinlə birgə Kiprin "Etnikos" klubunda forma geyinən gürcü futbolçu Levan Kebadzeyə istinadən yazıblar. Doğrudanmı, totalizator oyunlarına qatılırsınız?
- Həqiqətən də bu, gülməli xəbərdir. Bilirsiniz, kiməsə şər atmaq, yalan məlumat yaymaq çox asandır. Levan Kebadze ilə heç yaxın münasibətlərim olmayıb. O, məni yaxından tanımadığı halda, belə sözləri necə danışa bilər? Mənə təəccüblüdür, qəzetlər bu xəbəri yazanda nəyə əsaslanırlar? Qoy, mənim üçün yalan detektoru hazırlasınlar. Həmin detektorda oturub, belə işlərlə məşğul olmadığımı danışmağa hazıram. Yalan danışsam, detektorda qırmızı işıq yanacaq və mənim yalançı olduğum üzə çıxacaq. Bir daha deyirəm ki, bunlar cəfəngiyatdır. Totalizator oyunlarında iştirak etmədiyimi "Neftçi" rəhbərliyi və azarkeşlərinə sübut edə bilərəm. Qalanları nə danışırlarsa, danışsınlar.
- Flaqmanda 6 nömrəli formada çıxış edəcəksiniz. Məhz bu nömrəni götürməyinizin xüsusi səbəbi var?
- Bu, mənim sevimli nömrəmdir. Həm Makedoniya yığmasına, həm Çin, həm də Koreya klubunda 6 nömrəli futbolkadan istifadə etmişəm. Xüsusi səbəbə gəlincə, atam da, qardaşım da futbolçu olanda, bu nömrə altında çıxış edib.
- Gələcək mövsümün "Neftçi" üçün necə keçəcəyini düşünürsünüz?
- Bura çempion olmaq üçün gəlmişəm. İndiyədək yalnız bir dəfə Skopye "Vardar"ında çempion olmuşam. Eyni sevinci ikinci dəfə "Neftçi"də yaşamaq istəyirəm. Komandaya yeni futbolçular cəlb olunacaq, daima əsas heyətdə yer almaqdan ötrü məni qarşıda ciddi və sağlam rəqabətin gözlədiyini bilirəm.
- Mayın 29-da Avstriyada Makedoniya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı forma geyinmişsiniz. 3:1 hesabı ilə qalib gəldiyiniz həmin yoldaşlıq görüşünü necə xatırlayırsınız?
- Yaxşı oyun alındı. Azərbaycan yığması texnikalı oyun nümayiş etdirdi. Bu qarşılaşmada əsas məqsəd müxtəlif taktiki sxemləri nəzərdən keçirmək idi. İstər Makedoniya, istərsə də Azərbaycan yığmasının məşqçi korpusu razı qaldılar.
Mənbə: neftchifc.com

0
0