UEFA kubokunun qalibi həmyerlimizə qapını göstərəcək
10.06.2010 - 23:01
UEFA kubokunun qalibi həmyerlimizə qapını göstərəcək
“Ergün Pəmbənin baş məşqçi olmasından xəbərdaram. O, heyətdəki futbolçuların hamısı onun üçün yenidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin I dəstə təmsilçisi “Kartalspor” klubunun formasını geyinən azərbaycanlı qapıçı Vitali Kovalyov deyib.

Vitalinin şərəfini qoruduğu komandanın baş məşqçisi postuna “Qalatasaray”la UEFA kubokunu və Superkubokunu qazanmış Ergün Pəmbə gətirilib. Kovalyov baş məşqçi dəyişikliyini əsas gətirib, klubda qalıb-qalmayacağı barədə konkret danışmaq istəməyib: “Kartalspor”da hamı məni yaxşı tanıyır, anlayır və hörmət edir. Bütün futbolçuları yavaş-yavaş danışığa dəvət edirlər. Əgər irəli sürdükləri maliyyə şərtləri qaneedici olarsa, qalıb oynayacağam. Klubla müqaviləmin müddəti başa çatsa da, məni saxlamaq istəyirdilər. Ümumiyyətlə, onlar heyətin 90 faizini saxlamaq niyyətindədirlər”.

Qeyd edək ki, Vitali Kovalyov ötən mövsüm "Kartalspor"un ikinci qapıçısı olub.