“Neftçi” klubunun futbolçuları Bodrumda
10.06.2010 - 23:04
“Neftçi” klubunun 4 futbolçusu Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, müdafiəçilər Tural Nərimanov, Ruslan Abışov, yarımmüdafiəçilər Eşqin Quliyev və Cavid Hüseynov Türkiyəyə yollanıblar. Bu futbolçular yay tətillərini Bodrumda keçirirlər. Onlar iyunun 17-də vətənə qayıdacaqlar. "Neftçi" isə növbəti mövsümün hazırlığına iyunun 20-də Bakıda başlayacaq.
0
0