Samir Əliyev karyerasını bitirəcəyini istisna etmir
10.06.2010 - 23:17
“Neftçi”dən ayrıldıqdan sonra istirahətdəyəm. “Transfer pəncərəsi”nin açılmasına rəğmən, mənə hələ ki, heç bir klubdan dəvət gəlməyib. Düzdür, futbol oynamaq istəyirəm. Bunun üçün ilk növbədə dəvət gəlməlidir. Hər şeydə olduğu kimi, futbol oynamağın da öz vaxtı var". Bu sözləri apasport.az saytına açıqlamasında Bakının Neftçi klubundan uzaqlaşdırılan Samir Əliyev deyib.
31 yaşlı hücumçu karyerasını bitirməsini də istisna etməyib: "Əvvələr zədə ilə bağlı problemim vardı. Tez-tez zədələnmək mənim karyerama olduqca pis təsir etdi. Amma indi bu baxımdan problem qalmayıb. Özümü yaxşı hiss edirəm. Amma həyatda və futbolda hər şey mümkündür. Yəni futbolçu karyeramı bitirməyi istisna etmirəm. Əlbəttə, bu, variantlardan biridir. Hələ ki, gələcəyimlə bağlı konkret qərar bildirməkdə çətinlik çəkirəm".
Qeyd edək ki, Əliyev fasilələrlə iki dəfə "Neftçi" klubunun heyətində oynayıb.

0
0