“Neftçi” “Beşiktaş”la yoldaşlıq görüşü keçirəcək
10.06.2010 - 23:25
“Neftçi” komandasının Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Qara Qartallar”la iyulun 3-də Avstriyada qarşılaşacaq.
Bununla, “Beşiktaş”ın almaniyalı yeni baş məşqçisi Bernd Şusterin debütünün “Neftçi” ilə görüşdə baş tutacağı gözlənilir. “Ağ-qaralar” hazırlıq keçəcəyi Tirol vilayətində Rusiyanın “Zenit”, Ukraynanın “Şaxtyor”, Avstriyanın “Rid” klubu da yer alacağından, onlarla da yoxlama oyunu keçirmək gündəmdədir. Qalan görüşlər iyulun 7-si və 9-a nəzərdə tutulub.
Qeyd edək ki, “Neftçi” Avstriyada iyunun 27-dən iyulun 9-a kimi təlim-məşq toplanışında olacaq.

0
0