“Xəzər-Lənkəran”ın Avstriyada bütün rəqibləri müəyyənləşdi
10.06.2010 - 19:09
“Xəzər-Lənkəran” klubunun Avstriyada yoxlama oyununda bütün rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk olaraq iyunun 16-da Ukraynanın “Şaxtyor” klubu ilə qüvvəsini sınayacaq lənkəranlıların digər rəqibləri Almaniyanın aşağı divizion təmsilçisi “Burghauzen” və Avstriyanın yüksək liqasında çıxış edən “Rid” klubudur.
Oyunlar iyunun 19-u və 23-ə planlaşdırılıb. “Xəzər-Lənkəran” Avstriyada hazırlıq prosesində üç yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, “Rid” klublarımızla həm yoxlama, həm də rəsmi oyun səviyyəsində - 2007-ci ildə “Neftçi” ilə UEFA kubokunda görüşüb.

0
0