Vinfred Şafer 2 il “Bakı”da!
10.06.2010 - 20:12
“Bakı” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi 60 yaşlı almaniyalı mütəxəssis Vinfred Şaferlə 2 il müddətinə müqavilə bağlayıb.
Vətənində 1996-cı ilin məşqçisi seçilən mütəxəssis “Ştutqart” və “Karlsrue”ni çalışdırıb.
Kamerun millisini çalışdırması ilə tanınan Şafer 2002-ci ildə Afrika çempionu, bir il sonra Konfederasiyalar Kubokunun gümüş mükafatını qazanıb. 2003-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib. Sonradan Birləşmiş Ərəb Əmirliklərində çalışan Şafer ölkə çempionu və Superkuboku qazanıb.
Futbolçu karyerasına gəlincə, Şafer 1968-70-ci və 1977-79-cu illərdə Mönhenqladbaxın “Borussiya” klubunda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla çiyin-çiyinə oynayıb.

0
0