Hafiz Məmmədov alman məşqçiyə üstünlük verməsinin səbəbini açıqladı
10.06.2010 - 22:10
“Komandamızın baş məşqçisi postuna bir çox namizədlər var idi. Son bir neçə gündə isə iki mütəxəssis arasında seçim etdik vən Şaferə üstünlük verdim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Paytaxt klubu bu gün almaniyalı mütəxəssis Vinfred Şaferi komandanın baş məşqçisi postuna gətirib. 60 yaşlı çalışdırıcıya üstünlük verməsini Məmmədov belə izah edib: “Bu seçimin səbəbi odur ki, Şafer çox tanınmış məşqçidir. 1996-cı ildə Almaniyanın, daha sonra Afrikanın ən yaxşı məşqçisi seçilib. Eyni zamanda BƏƏ-də uğur qazanıb. 60 yaşı var, təcrübəlidir. İnanıram ki, Şafer klubumuza da uğur qazandıracaq. Hamı onun təcrübəsindən yeni bir şey öyrənəcək”.
Klub prezidenti yeni mövsüm üçün ediləcək transferlərdən də danışıb: “Təbii ki, heyətimizi gücləndirmək fikrindəyik. “Bakı” klubu hər zaman iddialı olub, qarşıdakı mövsüm də istisna təşkil etməyəcək. Yeni mövsümdə həm çempionluq, həm də ölkə kuboku uğrunda yarışacağıq. Bununla belə, cari mövsümdə əsas məqsədimiz avroliqada uğurlu çıxış etməkdir. Bunun üçün də mütləq yeni oyunçular transfer edəcəyik. Ötən mövsüm Jaba kimi səviyyəli oyunçunu heyətimizə qatdıq. Bu mövsümdə də eyni səviyyəli 3-4 futbolçunun transferi barədə düşünürük. Namizədlər var, amma indidən ad açıqlamaq istəmirəm. Tezliklə hər şeyi görəcəksiniz. Transfer çalışmaları barədə yeni baş məşqçimizlə də söhbətimiz oldu. O da bildirdi ki, heyətə qatmaq istədiyi bəzi oyunçular var. Hansılar ki, səviyyələri ilə seçilirlər. Bütün məqsədimiz “Bakı”nın Avropada uğur qazanmasıdır”.

0
0