Azərbaycan yığması Moldovanı məğlub etdi
10.06.2010 - 22:33
Moldovada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, komandamız Kişinyovdakı “Zimbru” stadionunda moldovalı həmyaşıdları ilə qarşılaşıb. Məqsəd İsayevin vurduğu 3 qol sayəsində oyun 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Xatırladaq ki, komandamız ilk oyunda Belarusa uduzmuşdu – 2:4.
Xatırladaq ki, komandamız ilk oyunda Belarusa uduzmuşdu – 2:4.
0
0