UEFA kubokunun qalibi “Xəzər-Lənkəran”a müsbət cavab verdi
11.06.2010 - 09:25
UEFA kubokunun son qalibi olan Ukraynanın “Şaxtyor” klubu “Xəzər-Lənkəran”a müsbət cavab verib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi iyunun 16-da Avstriyada Lənkəran təmsilçisi ilə yoxlama oyununu keçirəcəyini rəsmən təsdiqləyib.
Əslində, Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komandanın “Şaxtyor”la qüvvəsini sınayacağı məlum idi. Sadəcə, məsələ ondadır ki, güclü rəqibləri oynamaq baxımından yola gətirmək asan məsələ deyil və hər zaman imtina ola bilər. Ancaq “Şaxtyor”un Avstriyanın Qoinq kurort məkanında təlim-məşq toplanışı üçün açıqladığı bütün rəqiblərini arasında “Xəzər-Lənkəran”ı göstərməsi problemin olmayacağını göstərir. Orada yoxlama oyununu məhz lənkəranlılarla görüşlə başlayacaq Donetsk təmsilçisi iyunun 18-də Slovakiyanın “Senitsa”, ertəsi Moskvanın “Spartak” klubu ilə üzləşəcək.
Qeyd edək ki, rumıniyalı Mirça Luçeskunun baş məşqçisi olduğu “Şaxtyor” ötən il UEFA kubokunun son qalibi kimi tarixə düşdü. Bundan sonra Avropa Liqası adlanan turnirin ilk qalibi Madrid “Atletiko”su olub.

0
0