“Neftçi” daha bir yığma futbolçusunu transfer etdi
11.06.2010 - 10:31
Son Azərbaycan çempionatının bombardiri Fərid Quliyevin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu karyerasını Bakının “Neftçi” klubunda davam etdirəcək.
“Ağ-qaralar” uzun sürən danışıqlardan sonra Fərid və onun məxsus olduğu “Standard” klubu ilə ortaq məxrəcə gəlib. Artıq Quliyev “Neftçi” rəhbərliyi ilə görüşərək, müqaviləyə qol çəkib. Hücumçu qarşıdakı bir ildə flaqmanın uğurları üçün çalışacaq.
“Neftçi” Fəridin karyerasında ikinci böyük klub olacaq. O, bundan öncə, 4 il əvvəl Azərbaycan çempionu olan “Bakı”nın formasını geyinib və “zolaqlılar”ın Çempionlar Liqasında ilk qolunun müəllifi kimi tarixə düşüb. Hücumçu, həmçinin “Qarabağ” və “Muğan”da da forma geyinib.
Azərbaycan yığmasının da üzvü olan Quliyev son mövsümdə vurduğu 16 qolla Premyer Liqamızın ən sərrast futbolçusu adına sahib çıxıb. Ötən çempionatın yekununa əsasən, I diviziona düşən “Standard” Quliyevə görə 200 min dollar qiymət qoymuşdu.
Qeyd edək ki, Quliyev mövsümlərarası fasilədə “Neftçi” klubunun ikinci transferi olub. Flaqman Fəriddən öncə Makedoniya yığmasının yarımmüdafiəçisi Slavko Georgievski ilə müqavilə bağlamışdı.

0
0