“Fənərbaxça”dan Vaqif Cavadova xoş müjdə
11.06.2010 - 10:54
Son mövsüm Türkiyə Superliqasının gümüş mükafatını qazanan “Fənərbaxça” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Çelsi”nin 21 yaşlı futbolçusu Miroslav Stoç ilə 4 illik müqavilə imzalayıb.
“Qalatasaray”ın da transfer etmək istədiyi slovakiyalı son mövsümü icarə əsasında “Tvente”də keçirib. Həmyerlimiz Vaqif Cavadovun həmyaşıdı olan Stoç Hollandiya klubunun heyətində 32 oyuna çıxıb və 6 qol vurub. Hazırda Cənubi Afrika Respublikasında Slovakiya yığmasının heyətində olan Stoç əsas komandada isə 10 görüşdə iştirak edərək, rəqib qapıçıları 1 dəfə cəzalandırıb.
Qeyd edək ki, bu transferlə “Fənərbaxça” Cavadov üçün də “yaşıl işıq” yandırıb. “Sarı-lacivərdlilər”in hücumameylli yarımmüdafiəçini “Tvente”dən alması, Cavadovun əsas heyətdə meydana çıxmaq şansını artıra bilər.

0
0