“Simurq”da 5 futbolçu qalıb
11.06.2010 - 11:45
“Simurq”da 5 futbolçu qalıb
Zaqatalanın "Simurq" klubunda qalacaq futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rasim Ramaldanov, Rüstəm Məmmədov, Fuad Əhmədov, Ramil Sayadov və Ramin Nəsibov növbəti mövsümdə də bu komandanın heyətində çıxış edəcəklər.

Rəhbərlik hazırkı kapitan Elşən Məmmədovu da klubda saxlamağa çalışır. Lakin 29 yaşlı hücumçu hələ ki, qərarını verməkdə tələsmir.

Qeyd edək ki, "Simurq" cari mövsümdə fiaskoya uğradı. 1 il öncə bürünc mükafat qazanan komanda bu il ikinci “altılıq”da mübarizə apardı. Bu səbəbdən rəhbərlik başda ukraynalı baş məşqçi Roman Pokora olmaqla, bütün legionerləri ilə əməkdaşlığa son qoydu.