Azərbaycan milli komandasının sirri açıldı
11.06.2010 - 12:24
“Oyundan əvvəl məlumatımız var idi ki, Rumıniya yığması Belarusu məğlub edib. Bu səbəbdən moldovalı futbolçularla qarşılaşmada qələbə bizə çox lazım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzer deyib.
O, Moldova Futbol Federasiyasının kuboku uğrunda beynəlxalq turnirin ikinci turunda meydan sahibləri üzərində qazanılan qələbənin sirrini açıb: “Oyuna olduqca sürətli başladıq. Hesabı da biz açdıq. Daha sonra 6 real qol imkanından yararlana bilmədik və nəticədə Moldova millisi hesabı bərabərləşdirməyə müvəffəq oldu. İkinci hissəyə də sürətli başladıq və ardıcıl iki qol vuraraq oyunun axarını lehimizə çevirə bildik. Sonda isə ani bir səhv ucbatından qapımızda qol gördük. İndi Rumıniya yığmasını məğlub edib Belarus komandasının xal itirməsini gözləməliyik”.
Qeyd edək ki, ilk turda Belarusa 2:4 hesabı ilə uduzan yığmamız Moldovanı 3:2 hesabı ilə məğlub edib.

0
0