18 isveçli xanım Azərbaycan futbolçularına qarşı
11.06.2010 - 13:32
Qadınlardan ibarət milli komandalar arasında Azərbaycan milli komandasının rəqibi olan İsveç yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 23-də keçiriləcək görüşə skandinaviyalılar 18 futbolçu ilə hazırlaşacaq.
Höteborq şəhərindəki “Qamla Ullevi” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça Kristin Hammarström, Hedviq Lindahl, Sara Larsson, Lina Nilsson, Anna Paulson, Şarlotta Rohlin, Stina Seqerström, Sara Tunebro, Kosovare Asllani, Lisa Dahlkvist, Nilla Fişer, Linda Forsberq, Karolina Seqer, Teresa Syöqran, Cessika Landström, Linnea Lilyegärd, Sara Linden, Jozefina Oqvist dəvət olunublar.
Qeyd edək ki, İsveç – Azərbaycan oyununu portuqaliyalı Sandra Baraş Baştuş idarə edəcək.
Mənbə: affa.az

0
0