Yığmamızın baş məşqçisi: Hollandiya ilə oyuna tam hazırıq
11.06.2010 - 17:41
“Avropa Liqasının 3-cü mərhələsinə hazırlaşırıq. Bu mərhələ İtaliyanın Liqnano şəhərində keçiriləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarov deyib. İyulda Avropa Liqasında və dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamızın çalışdırıcısı yarışlara hazırlığın səviyyəsini dəyərləndirib: “Rəqiblərimiz isə Çexiya və Hollandiya milliləridir. Qrupda yalnız 1-ci yeri tutan komanda növbəti mərhələyə yüksələcək. Biz artıq 3 təlim-məşq toplanışı keçirmişik və bu, hazırlıq prosesinin dördüncü mərhələsidir. Hazırlığa 20 futbolçu cəlb etmişik. Onlardan 14 nəfəri İtaliyaya yollanacaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir və turnirə tam hazırıq”.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0