Azərbaycan yığması Rumıniyaya böyük hesabla uduzdu
12.06.2010 - 14:14
Bu gün Moldova Futbol Federasiyasının kuboku turnirində sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Kişinyovda təşkil olunmuş beynəlxalq turnirə qatılan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçüncü turda Rumıniya ilə görüşüb.
Komandamız 8-ci dəqiqədə buraxdıqları qolun cavabını tez versə də, artıq fasiləyə kimi daha bir dəfə oyuna mərkəzdən başlayıb. Bundan sonra hesabda tarazlıq yaratmağa çalışan millimiz matçın sonunadək istəyinə çata bilməyib. Əvəzində final fitinə 2 dəqiqə qalmış fərqi artıran Rumıniya uzatma dəqiqələrində böyük hesablı qələbəni rəsmiləşdirib – 4:1.
Yalnız qələbə sayəsində kuboku qazanmaq şansı olan millimizin bu məğlubiyyəti Rumıniyanı yarışın qalibinə çevirib. Ardıcıl 3-cü dəfə meydanı 3 xalla tərk edən Rumıniya yığması turnirin son matçından asılı olmayaraq, birinci yeri tutub. Komandamızın taleyinə isə Moldova – Belarus matçında aydınlıq gəlib. İlk iki oyunda uduzan meydan sahibləri qalib gəlməklə komandamızı sonuncu pilləyə göndərib.
12:00. Azərbaycan - Rumıniya - 1:4
13:30. Moldova – Belarus – 4:3

1 | Rumıniya | 3 | 3 | 0 | 0 | 8-1 | 9 |
2 | Moldova | 3 | 1 | 0 | 2 | 6-8 | 3 |
3 | Belarus | 3 | 1 | 0 | 2 | 6-8 | 3 |
4 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 6-10 | 3 |
0
0