Mahir Şükürov qələbəyə sevindi
12.06.2010 - 10:54
Mahir Şükürov qələbəyə sevindi
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi yoldaşlıq görüşündə II divizionda çıxış edən “Daqdizel”i sınağa çəkib. Mahirin komandası bu qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib. “Anji”nin hər 3 qolunu Qolenda vurub.

Qeyd edək ki, Hacı Hacıyevin yetirmələri bundan əvvəl klubun gənclərdən ibarət komandasını da məğlub etmişdilər – 2:1.