“Qarabağ”: Əvvəl fitnes, sonra meydan
12.06.2010 - 12:18
“Qarabağ”: Əvvəl fitnes, sonra meydan
Ağdamın “Qarabağ” klubu Türkiyədə keçirilən təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ankara yaxınlığında Qıcılcahama gəldiyi gün yüngül məşqlə kifayətlənən Qurban Qurbanovun yetirmələri toplanışın 2-ci günündə 2 hazırlıq keçib.

İlk çalışmasını trenajor zalında gerçəkləşdirən ağdamlılar fitnes çalışmasına saat yarım sərf edib. “Qarabağ”ın fiziki hazırlıq üzrə yeni çalışdırıcısı Çudomir Çakarov da artıq iş başındadır.

Günün ikinci çalışması isə yaşıl meydanda baş tutub ki, bu daha çox qaçışla fiziki kondisiyaların bərpasına xidmət edib. Komandanın legionerləri və bütün futbolçularının qatıldığı hazırlıqda yeni transfer Samir Abasov da olmayıb. O, birisi gün hazırlıqlara qatılacaq. Ötən mövsüm zədələnən Rəşad Sadiqov və Əfran İsmayılov isə elə ilk gündən etibarən komandanın düşərgəsinə qoşularaq məşqlərə başlayıblar. Lakin hər 2 futbolçu həkim nəzarəti altında çalışırlar.

Qeyd edək ki, “Qarabağ” hazırlıq planına əsasən iyunun 17-də ilk yoxlama oyununu keçirməyi planlaşdırır.