“Ağlı başında olan insan ömründə heç olmasa, bir dəfə sevməlidir”
12.06.2010 - 23:01
Azərbaycan yığmasının sabiq futbolçusu, Tovuzun “Turan” klubunun kapitanı Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi
- Mövsüm başa çatdıqdan sonra dincələ bilirsinizmi?
- Çalışıram ki, vaxtımı səmərəli və maraqlı keçirim. Dost-tanışla tez-tez görüşürəm. Əslində, dincəlmək üçün rayon da pis deyil. Uşaqlarla tez-tez Kür və Tovuz çayına balıq tutmağa gedirik. Sözün düzü, balıq tutmaqda peşəkaram.
- Hansı balığı xoşlayırsınız?
- Ən çox Şamaykanı və bizim zonada “canar” deyilən balığı.
- Havaların isti keçməsi darıxdırıcıdırmı?
- Hər fəslin öz gözəlliyi var. Yayda isti keçir deyə, hamı havanın sərin olmasını, qışda isə əksinə, soyuq olduğuna görə isti olmasını istəyir. Ancaq bu təbiətin qanunauyğunluqlarıdır.
- Hansı fəslin uzunömürlü olmasını istəyirsiniz?
- Baharın gəlişinə daha çox sevinirəm. Bu da təbiətin oynaması ilə bağlıdır. Ağacların çiçəkləməsi, ətrafın yaşıllığa qərq olması, istər-istəməz insanı özünə cəlb edir.
- Televiziya kanallarını necə, izləyirsinizmi?
- Çempionat başa çatdıqdan sonra demək olar, televiziyaya baxmıram. Sadəcə, millinin oyunlarını izləmişəm.
- Vaxt olmur, yoxsa özünüz istəmirsiniz?
- İstəməmişəm. Yalnız son vaxtlar təbii fəlakət zonası ilə bağlı xəbərləri izləyirəm.
- Bəs siyasətlə aranız necədir?
- Hərdən dost-tanışla oturub müəyyən qədər müzakirə aparırıq. Başımız çıxmadığına görə, çox dərinə getmirik, sadəcə, fikirlərimizi bildiririk.
- Ümumiyyətlə, nə vaxtsa siyasətçi olmaq haqqında düşünmüsünüzmü?
- Yox. Ancaq gələcəyin işini bilmək olmaz.
- Vaxtı ilə yaşıl meydanda top qovan və kifayət qədər məşhur olan futbolçular arasında sonradan siyasətə üz tutanlar olub...
- Gərək, məşğul olduğun sahəni yaxşı biləsən, xalqa xeyir verəsən. Özümün bu sahədə irəliləyişə nail olacağıma inanmıram.
- Şou-bizneslə aranız necədir?
- Çox uzağam.
- Niyə?
- Ola bilsin, uyğunlaşa bilmirəm, ondandır.
- Bəlkə oradakı qalmaqal sizi bu qədər uzaq salıb?
- Deyə bilmərəm. Heç bu haqda danışmağı da sevmirəm.
- Bəs hansı janrda bəstələnmiş mahnını dinləməyi xoşlayırsınız?
- Musiqiyə qulaq asmıram.
- Hansı sahəyə böyük həvəsiniz, marağınız var?
- Boş vaxtlarımda daha çox kitab oxuyur, uşaqlarla söhbət edirəm.
- Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- Dini kitabdır, “Peygəmbərin əxlaqı” adlanır.
- Son vaxtlar gənclərin dini mövzulara marağı artıb. Bunu nə ilə izah edə bilərsiniz?
- Nə bilim. Məncə, bu daha yaxşıdır.
- Bədii əsər oxuduğunuz vaxt olur?
- Xeyr.
- Rayonda dostlarınız çoxdur?
- Həyatda demək olar, dostum yoxdur. Tanışlarım, yaxın yoldaşlarım var.
- Dostunuzun olmasını özünüz istəməmisiniz?
- İstəmişəm. Sadəcə, müəyyən vaxtdan sonra görürsən ki, dostluğumuz alınmayacaq. Ona görə də, dostum yoxdur.
- Sevgiyə münasibətiniz necədir?
- Evliyəm. Üç övladım var. Bütün sevgim ailəmədir.
- Sevib evlənmisiniz?
- Ağlı başında olan hər bir insan ömründə bir dəfə də olsa, sevməlidir. Mən də sevib evlənmişəm.
- Qardaşınız da futbolçudur. Yəqin bir yerdə olduğunuz zaman ancaq futboldan danışırsınız...
- Bəzi şeyləri müzakirə edirik. Tək futbolla yox, digər idman növləri haqqında da söhbət edirik. Xüsusilə də boks, cüdo üzrə dünya çempionatlarını izləyirik.
- Digər idman növləri ilə məşğul olanlardan kimlərin döyüşünü izləmisiniz?
- Yadımdan çıxmayan döyüşlər olub. Məsələn, güləşçimiz Rövşən Bayramovun erməni idmançısının kürəyini yerə vurmasını unuda bilmərəm. Özü də Rövşən uduzurdu, son saniyələrdə rəqibi üstələdi.
- Aqillə meydanda üz-üzə gələn zaman bir-birinizi zədələyəcək durumla qarşılaşmısınızmı?
- Əvvəla qeyd edim ki, həyatda qardaş olsaq da, meydanda bu yaddan çıxır. Hər kəs öz komandasının uğuru üçün çalışır. “Turan”la “Olimpik-Şüvəlan” arasında baş tutan sonuncu oyunda az qaldı ki onu zədələyim. Arxada dayandığını görmədim və topu vurmaq istəyərkən, Aqil başını uzatdı. Yaxşı qurtardıq. Yoxsa ciddi zədə ala bilərdi.
- Artıq futbol üzrə dünya çempionatı başlayıb. Hansı komandaya azarkeşlik edirsiniz?
- Azarkeşlik etdiyim komanda Türkiyə yığmasıdır. Bizə çox yaxındırlar. Lakin onlar mundialda iştirak etmirlər. Məncə, Almaniya yaxşı tərəfdən fərqlənəcək. Bu komanda sona qədər mübarizə aparır və əzmkarlıq nümayiş etdirir.
- Kinofilmləri necə, izləyirsinizmi?
- Əsasən öz filmlərimizə baxıram. “Ulduz”, “Yol əhvalatı”, “Əhməd haradadır?” filmlərini sevə-sevə izləyirəm.
- Hansı epizod daha çox yadında qalıb?
- “Yol əhvalatı”nda Yaşar Nurinin “pereriv, pereriv” deyə qışqırması xoşuma gəlir.
- Hansı aktyor və aktrisa sizin üçün unudulmazdır?
- Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Yaşar Nuri və s.
- Məktəb müəllimlərini necə, yad edirsinizmi?
- Məktəbə gedirəm, ancaq onlarla görüşməmişəm. Amma bunu çox istəyirəm. Düzdür, aralarında dünyasını dəyişənlər var.
- Bəs buna nə mane olur?
- Açığı məktəblə çempionat eyni vaxtda başlayır və bitir. Başımız oynamağa, məşq etməyə qarışır, vaxt tapıb gedə bilmirik. Bunu bəhanə etmirəm. Onları mütləq ziyarət edəcəyəm.

0
0