“Neftçi” klubunda oynamaq mənim üçün hər zaman xoş olub”
12.06.2010 - 23:06
“Bir müddət əvvəl mənə yüngülvarı dəvətlər vardı. Amma doğma komandamda qalmağı hər şeydən üstün tutdum”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Rail Məlikov deyib.
25 yaşlı müdafiəçi 2007-ci ildən şərəfini qoruduğu paytaxt komandasında qalmasının səbəbini belə izah edib: “Düzü, “Neftçi” klubunda oynamaq mənim üçün hər zaman xoş olub. Baş məşqçi Arif Əsədov və prezident Sadıq Sadıqov bizimlə həmişə maraqlanır. Sadıq müəllimi xüsusi ilə qeyd edərdim. Futbol üçün belə can yandıran adamlar nə qədər çox olarsa, bu idman növü Azərbaycanda bir o qədər tez populyarlaşar”.
Məlikov komandasının yaxın günlərdə təlim-məşq toplanışına yollanacağı Avstriya barədə də danışıb: “Azərbaycan yığması ilə birgə Avstriyada təlim-məşq toplanışında olmuşam. Orada məşq etmək üçün yaxşı şərait var”.

0
0