“Qarabağ” çətin vəziyyətdə
12.06.2010 - 17:00
Avropa Liqasına və Azərbaycan çempionatına Türkiyədə hazırlaşan Ağdamın “Qarabağ” klubu çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, heyətdə 4 zədəli futbolçu var. Köhnə zədələri olan Rəşad Sadiqovla Əfran İsmayılova Rəşad Kərimovla Namiq Yusifov da qoşulublar.
Özünü pis hiss edən Rəşad Kərimov dünənki iki məşqin heç birinə çıxmayıb. Yarımmüdafiəçi Namiq Yusifovun isə burnunda problem var. Onun yaxın günlərdə kollektivə qoşulacağı gözlənilir.
Azərbaycan çempionatının bürünc mükafatçısının heyətinə hələ ki, yeni futbolçu cəlb olunmayıb. Klub rəhbərliyi hazırda 3 braziliyalını Türkiyəyə gətirmək işi ilə məşğuldur.
"İnter"dən transfer olunan Samir Abbasov isə iyunun 14-dən sonra "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

0
0