İranın məşhur futbol klubunun prezidenti Azərbaycana gəlib
12.06.2010 - 15:12
İranın tanınmış “İstiqlal” klubunun prezidenti Əli Fətullazadə Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, Tehran təmsilçisinin rəhbəri ölkəmizdəki futbol məktəbləri ilə bağlı məsələləri həll etmək fikrindədir.
Bu səbəbdən də son İran çempionunun prezidenti yeni baş məşqçinin təqdimat mərasimində də qatılmayıb. Belə ki, “İstiqlal” Pərviz Məzlumi ilə iki illik yeni müqavilənin rəsmi imzalanma mərasimini də Fətullazadəsiz təşkil edib.

0
0