Robinyo: “Beşiktaş”a gələrəm!
12.06.2010 - 19:26
Robinyo: “Beşiktaş”a gələrəm!
Almaniyalı mütəxəssis Bernd Şusteri baş məşqçi postuna gətirən “Beşiktaş” klubu məşhur braziliyalı futbolçu ilə güclənə bilər. Hazırda milli komandası ilə dünya çempionatında iştirak edən Robinyo İstanbul təmsilçisinin maraq dairəsinə düşüb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, braziliyalı futbolçu “Beşiktaş” gələ biləcəyini istisna etməyib. O bildirib ki, Şuster kimi məşqçinin rəhbərliyi altında oynamağa hazırdır: “Əgər Şuster ordadırsa, mən niyə gəlməyim...”.

Qeyd edək ki, Robinyo vətənində “Santos” klubunda oynayır. O, vaxtilə Avropada “Real” və “Mançester Siti” komandalarında da forma geyinib.