Yığmamızın keçmiş futbolçusu axtarışdadır - FOTO
14.06.2010 - 10:23
Yığmamızın keçmiş futbolçusu axtarışdadır - FOTO
“Hələ evdəyik, dincəlirik. Hansısa yerli klubdan təklif gəlməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, son mövsümü “Simurq” klubunun heyətində keçirən Elşən Məmmədov deyib.

Mövsüm başa çatdıqdan sonra Zaqatala təmsilçisi ilə müqaviləsi bitən hücumçu indi özünə yeni klub axtarır. Daha doğrusu, “Simurq”un taleyinə aydınlıq gəlmədiyindən və əyalət klubu forvada təklif göndərmədiyindən, o da variantlar üzərində fikirləşir: “Simurq”dan təklif yoxdur. Komandanın taleyinə 3-4 gün ərzində aydınlıq gətiriləck. Baş məşqçi və hansı futbolçularla çıxış edəcəkləri dəqiqləşəcək”.