Bəhruz Şirəliyev: Ola bilsin ki, kimsə ona nəsə deyib, amma mənim xəbərim yoxdur
14.06.2010 - 10:44
“Transfer çalışmalarımız davam edir. Bu həftə bəzi keçidlər dəqiqləşəcək. Ancaq münasibətlər rəsmiləşmədən ad açıqlamaq düzgün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Son mövsümdə Unibank Premyer Liqasında yerini qorumağı bacaran Salyan təmsilçisi bu dəfə iddialılar sırasında yer almağı hədəfləyib. Heyətin əsasını saxlayan “Muğan” klubsuz qalan bəzi oyunçularla danışıqlar aparır. Başa çatan mövsümü icarə əsasında “Turan”da keçirən Asəf Qədirinin də əyalət klubuna keçmək ehtimalının olduğu bildirilir. Ancaq “Muğan”ın rəsmisi bunu təkzib etdi: “Hələ heç nə bilinmir. Bu xəbərləri hardan alırsınız? Ola bilsin, bizim klubun nümayəndəsi hardasa, nəsə deyib, mənim bundan xəbərim yoxdur”.
Qeyd edək ki, iyulun 1-də bir araya gələcək “Muğan” məşqlərini Bakıda keçəcək. 15 günlük təlim-məşq toplanışının ardından əyalət təmsilçisi yoldaşlıq oyunları keçirmək məqsədi ilə Türkiyəyə yollanacaq və 10 gün qardaş ölkədə qalacaq.

0
0