Samir Abasov milli komandada çıxışını başa vurmaq istəyir
14.06.2010 - 11:09
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Samir Abasov beynəlxalq karyerasını yekunlaşdırmağa hazırlaşır. Bu barədə apasport.az saytına 32 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
O, bildirib ki, bununla bağlı milli komandanın almaniyalı baş məşqçisi Berti Foqtsla söhbət edəcək: “Düzü, Avstriya toplanışı zamanı Foqts mənimlə görüşəcəyini bildirmişdi. Amma hələlik söhbətim olmayıb. Yəqin ki, mənə yığma karyeramı bitirməyi məsləhət görəcək. Əgər, belə bir məsləhət versə, onun qərarına hörmətlə yanaşacağam. Fikrimcə, beynəlxalq karyeramı bitirməyin vaxtıdır. Bəlkə də, AVRO-2012-nin seçmə mərhələsindən sonra bir daha yığmada oynamadım”.
Abasov böyük futbolla isə yeni keçdiyi "Qarabağ"ın heyətində vidalaşmaq niyyətindədir: “Qarabağ”a keçdiyimə görə, sevindim. Futbol həyatımın bitməsinə 2-3 il qalıb. İstərdim ki, futboldan məhz “Qarabağ”da çıxış edərkən gedim. Əlbəttə, həyatdakı bütün məsələlər qismətdən asıldıır”.
Qeyd edək ki, Samir Abasovun ilk peşəkar klubu Qusarın “Şahdağ” komandası olub. O, indiyədək Azərbaycanın ən iddialı klublarının formasını geyinib.

0
0