“Hələ ailə həyatı qurmamışam, bəlkə də, buna görə avarayam”
14.06.2010 - 11:40
“Özümü qalmaqalçı futbolçu hesab etmirəm. Sadəcə, xarakterimdə döyüşkənlik var. Bəziləri bunu qəbul edir, bəzilərinə isə acıq verir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Elnur Allahverdiyev deyib.
Futbolçu 27 yaşının olmasına baxmayaraq, ərköyünlük etməsinin səbəbini açıqlayıb: “Bu yaşa çatsam da, hələ ailə həyatı qurmamışam. Bəlkə də, mən buna görə avarayam. Amma məni yaxından tanıyanlar sadə olduğumu bilirlər. Hər idmançının bir cür xasiyyəti var mən də beləyəm”.
Elnur yaxın gələcəkdə subaylığın daşını atmayacağını əminliklə söyləyib:
“Düzü, mənimlə həmyaş olan həmkarlarımın çoxu evlənib. Mənim isə hələ bu kimi istəyim yoxdur. Təqribən 10 ilə yaxındır ki, futbolda olsam da, son 3-4 ildə yaxşı səviyyədə oynamağa başlamışam. Fikrimcə, hələ bilmədiyim çox şey var. Bir az da oynayım, sonra evlənmək barədə düşünərəm”.
Qeyd edək ki, Elnur Allahverdiyev Ağdamın "Qarabağ" klubundan ayrıldıqdan sonra komanda axtarışındadır.

0
0