“Levski” yenidən Azərbaycan çempionu ilə üz-üzə
14.06.2010 - 14:42
Unibank Premyer Liqasının sonuncu qalibi Bakının “İnter” klubunun Bolqarıstan hazırlığının proqramı bəlli olub. Bu barədə apasport.az saytına komandanın meneceri Kamran İsmayılov məlumat verib.
O bildirib ki, "İnter" iyunun 15-də yollanacağı Bolqarıstanda ilk yoxlama görüşünü 3 gün sonra keçirəcək. Belə ki, Kaxaber Sxadadzenin komandası iyunun 18-nə təyin olunan ilk görüşdə "Praves"lə münasibətlərini ayırd edəcək.
"İnter" ardıcıllıqla "Krivdol" (21 iyun), "Levski" (23-24 iyun), MOİK (Sofiya, 27 iyun), "Yeter" (2 iyul), "Çavdor" (3 iyun), "Lokomotiv" (5 iyul) və "Çernomorest"lə (6) üz-üzə gələcək.
Bu komandalar Bolqarıstanı təmsil edir. "İnter" toplanışı son yoxlama görüşündən dərhal sonra bitirmək istəyir. Amma rəhbərlik son qərarını iyunun 21-də atılacaq Çempionlar Liqasının püşkünə əsasən verəcək.
İsmayılov bildirib ki, püşkün nəticəsi komandanın planlarını kəskin sürətdə dəyişə bilər: "Əgər biz mərhələnin ilk oyununu Bakıda keçirsək, iyulun 6-da Azərbaycana qayıdacağıq. Yox, əgər ilk oyunu səfərdə oynasaq, bu belə olmayacaq. Hətta Bolqarıstandan birbaşa həmin ölkəyə də səfər edə bilərik".
Xatırladaq ki, “Levski” ötən mövsüm Çempionlar Liqasında “Bakı” klubunu mübarizədən kənarlaşdırmışdı.

0
0