Mundial atanı qulaqsız qoyacaqdı
15.06.2010 - 10:28
DÇ-2010-nun ilk turunda Serbiya – Qana oyunu azarkeşin qulağını itirməsi bahasına başa gələ bilərdi. Apasport.az saytının məlumatına görə, 17 yaşlı malayziyalı Məhəmməd Rizal həmin görüşü televiziyadan izləyən zaman az qala atasını qulaqsız qoyacaqmış. Məsələ ondadır ki, yeniyetmə çılğın azarkeşlik etdiyi Serbiya yığması qol buraxan zaman hirsindən topla şüşəni sındırıb. Nəticədə qırılan şüşə qalıqları orada oturan 43 yaşlı atanın qulağını yaralayıb. Dərhal xəstəxanaya çatdırılan azarkeşə tibbi yardım göstərilib.
Qeyd edək ki, serblər həmin buraxılan qol nəticəsində oyunda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, serblər həmin buraxılan qol nəticəsində oyunda 0:1 hesabı ilə uduzub.
0
0