Azərbaycan yığmasının futbolçusu “Xəzər-Lənkəran”ın hədəfində
15.06.2010 - 12:17
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Xəzər- Lənkəran” klubunun maraqlandığı daha bir futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov Azərbaycan yığmasının üzvü Elnur Allahverdiyevi sərəncamında görmək istəyir.
Bir müddət öncə Ağdamın "Qarabağ" klubu ilə müqaviləsinin müddətini uzatmayan və "Neftçi"yə keçidi alınmayan Elnurun özü də cənub təmsilçisində çıxış etmək həvəsindədir. Tərəflər arasında müqavilənin ilkin detalları müzakirə olunub. "Xəzər-Lənkəran" rəhbərliyi Elnurun tələbini müzakirə edib, bu gün ərzində ona cavab verməlidir.
Əgər, "Xəzər-Lənkəran" Elnurun xidmətində maraqlı olmasa, o, ölkə xaricinə çıxmaq variantı üzərində çalışacaq. 1 il öncə Rusiya klublarının maraq dairəsində olan futbolçunun indi də Türkiyə çempionatında oynamaq perspektivi var. O, menecerlər vasitəsi ilə Superliqa və "Bank Asiya" klublarına təklif olunub.

0
0