Yunis Hüseynov “Simurq”un baş məşqçisi postuna gətirilir
15.06.2010 - 12:43
Zaqatalanın “Simurq” klubunu çalışdıracaq yeni baş məşqçinin adı sabah bilinəcək. Apasport.az saytının məlumatına görə, rəhbərlik ukraynalı Roman Pokoranın gedişindən sonra çalışdırıcı axtarışını yekunlaşdırmaq üzrədir.
Əslində, bu postu makedoniyalı Qyoko Hacıyevskinin tutacağı gözlənilirdi. Amma Hacıyevski ilə maliyyə məsələsində razılıq əldə olunmayıb. Bundan sonra Zaqatala təmsilçisi diqqətini yerli mütəxəssislərə yönəldib. Apasport.az saytına daxil olan məlumata görə, rəhbərlik Ramiz Məmmədov və Yunis Hüseynov arasında seçim edib. Uzun sürən müzakirələrdən sonra komandanın Yunis Hüseynova həvalə olunmasına qərar verilib.
Xatırladaq ki, Hüseynov 2004-cü ildə başladığı məşqçi karyerasında "Karvan" və "Standard" klublarını çalışdırıb. Onun son iş yeri bu il elitanı tərk etmiş "Karvan" olub.
Baş məşqçisi bu həftə rəsmən ictimaiyyətə təqdim ediləcək "Simurq"un hazırlıq planı bundan sonra məlum olacaq.

0
0