Makedoniyalı müdafiəçi Azərbaycan klubuna vaxt verdi
16.06.2010 - 09:27
Makedoniya milli komandasının futbolçusu Robert Petrov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın “Slaviya” klubu ilə yollarını ayıran 32 yaşlı müdafiəçi ölkəmizdən təklif alıb.
Lakin sol cinah oyunçusunun vaxtilə oynadığı Plovdiv “Lokomotiv”i də Roberti geri qaytarmaq niyyətindədir. Müdafiəçi Bolqarıstan çempionu olduğu “dəmiryolçular”ın heyətinə dönməyə razılıq versə də, bunu ehtiyat variant kimi əlində saxlayır.
Belə ki, makedoniyalı onun xidmətində maraqlı olan Azərbaycan klubuna keçməyi daha çox istəyir. Cəlbedici təklif aldığından təmsilçimizə münasibətləri rəsmiləşdirmək üçün vaxt verib. Futbolçunun adını açıqlamadığı komandamız Petrovun transferini bu müddət ərzində həll etməsə, iyunun 21-dən etibarən “Lokomotiv”ə qoşulacaq.
Qeyd edək ki, karyerası ərzində Makedoniyanın “Ergeliya”, “Pobeda”, Bolqarıstanın MOİK, “Lokomotiv” (Plovdiv), “Slaviya”, Yunanıstanın “Panserraikos” (Yunanıstan) klublarında çıxış edən Robert 2003-cü ildən milli komandanın üzvüdür. Sol cinah müdafiəçisi bu müddətdə 28 oyuna çıxıb və 2 sarı vərəqə alıb.

0
0