“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasında
16.06.2010 - 12:12
“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasında
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın Almaniyanın Duysburq şəhərində keçiriləcək təlim-məşq toplanışında 23 futbolçu iştirak edəcək.

Baş məşqçi Təbriz Həsənov iyunun 23-dən iyulun 1-ə qədər baş tutacaq hazırlıqlarda 4 legioneri də sınayacaq. Onlardan üçün Rusiya, biri Türkiyədə çıxış edir. Belə ki, Ruslan Nəsirli Rusiya çempionu “Rubin”i, Mirkamil Həşimli isə “Fənərbaxça”nı təmsil edir.

U-16-nın heyəti
Rauf Əliyev, Mənsur Nahavəndi, Coşqun Diniyev, Fuad İslamzadə, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Əyyub Əliyev, Kənan Manafov, Azər İbrahimov (hamısı “Neftçi”), Elvin Camalov, Şirməhəmməd Məmmədov, Tural Məmmədov (hamısı “Qəbələ”), Üzeyir Sadıqov, Namiq Ələsgərov (hər ikisi “Bakı”), Nurlan Əhmədov, Emil Həşimov (hər ikisi “Qarabağ”), Sadiq Quliyev (“MKT-Araz”), Əli Həsənli (“Vətən”), Kamran Abdullazadə (“Xəzər-Lənkəran”), Orxan Əliyev (“Dinamo”, Stavropol, Rusiya), Seyran Məmmədov (“Krılya Sovetov”, Rusiya), Ruslan Nəsirli (“Rubin”, Rusiya), Mirkamil Həşimli (“Fənərbağça”, Türkiyə).

Mənbə: affa.az