“Xəzər-Lənkəran” UEFA kubokunun qalibinə uduzdu
16.06.2010 - 21:53
Mövsümlərarası fasilədə istirahəti iyunun 7-də başa vuran “Xəzər-Lənkəran” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bəzi komandaların hələ yay yuxusunda olduğu vaxtda cənub təmsilçisi qüvvəsini bu yay beynəlxalq miqyasda sınayan ilk klubumuz olub.
Ağasəlim Mircavadovun yetirmələri Almaniyadakı təlim-məşq toplanışında ilk dueli məşhur Ukrayna komandasına qarşı keçirib. 2008/09 mövsümündə baş tutan UEFA kubokunun bu ad altındakı son turnirinin qalibi olan Ukrayna təmsilçisi futbolçularımızı sınağa çəkib. Görüş məşhur rumın məşqçi Mirça Luçeskunun çalışdırığı “Şaxtyor” klubunun qələbəsi ilə başa çatıb.
“XƏZƏR-LƏNKƏRAN” – “ŞAXTYOR” - 0:2
QOLLAR: Stepanenko, 20; Kosta, 90 (p)
Qoinq. Qoinq İdman Kompleksinin stadionu. 50 tamaşaçı.
Baş hakim: Roland Trayter (Avstriya)
“XƏZƏR-LƏNKƏRAN”: Kamran Ağayev, Ruslan Poladov, Amit Hüseynov, Sufi, David İmedaşvili, Xəqani Məmmədov, Alim Qurbanov, Tural Cəlilov, Devran Ayhan, Leandro, Sindiç.
“ŞAXTYOR”: Xudjamov, Şevçuk, İşenko, Çijov, Dulyay, Jadson, Teyşeyra, Srna (k), Stepanenko, Qladkiy, Fomin.
20-ci dəqiqədə “Şaxtyor” ardıcıl 3 künc zərbəsindən sonra hesabı açır. Qapı qarşısına ötürülən topu Stepanenko başla tora göndərib.
30-cu dəqiqədə “Xəzər-Lənkəran”da baxışda olan Sindiç hesabı bərabərləşdirə bilərdi. Amma o yaxın məsafədən topu qapıya vura bilmir.
“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku ikinci hissəyə bu heyəti buraxıb: Virt, Krivtsov, Kuçer, Levandovski, Yemelyanov, Fernandinyo, Hybşman, Kosta, Aqaxova, Villian, Moreno.
Cənub təmsilçisinin çalışdırıcısı Ağasəlim Mircavadov da ikinci hissəyə əvəzetmələrlə başlayır: Kamran Ağayev, Mario Souza, Radomir Todorov, Ruslan Poladov, Leandro, Heyqan, Alim Qurbanov, Tural Cəlilov, Devran Ayhan, David İmedaşvili, Allan Lalin
Ukraynalılar 65-ci dəqiqədə təhlükəli vəziyyət yaradırlar. Morenonun qüvvətli zərbəsi qapının üstündən keçir.
66. Hücuma qoşulan Todorov təxminən 27 metrdən qapıya zərbə vurur. Amma dəqiq olmur.
69-cu dəqiqədə “Şaxtyor” qapıçısı Virti Tetenko ilə əvəzlənir.
Oyunda ilk sarı vərəqə. 72-ci dəqiqədə “Xəzər-Lənkəran”ın heyətində David xəbərdarlıq alır.
75. Souzanın bir o qədər də qüvvətli olmayan zərbəsini qapıçı tutur.
77. Daha bir xəbərdarlıq. Bu dəfə “Şaxtyor”un heyətində Kosta sarı vərəqə “qazanır”.
85. Hakim Alim Qurbanova da sarı vərəqə göstərir.
87. Tural Cəlilov Ulduzlu ilə əvəz olunur.
90-cı dəqiqədə “Xəzər-Lənkəran” daha bir top buraxır. Kosta penalti zərbəsindən hesabı 2:0-a çatdırır.
Oyun başa çatdı.

0
0