“Mən Azərbaycandan ilk təklif aldığım “Neftçi”ni seçdim” - MÜSAHİBƏ
16.06.2010 - 16:45
“Neftçi” klubunun yeni transferi, braziliyalı müdafiəçi Denis Silvanın müsahibəsi
- “Neftçi” klubuna transferinizlə bağlı ilkin təəssüratlarınız necədir?
- Bu, karyeramda dərin iz buraxacaq vacib transferdir. Mən oynadığım bütün klublarda daim var-gücümü meydanda qoymuşam. "Neftçi" böyük klubdur və mən yeni komandamla böyük hədəflər uğrunda mübarizə aparacağam. Əsas odur ki, mənim və "Neftçi"nin hədəfləri üst-üstə düşür. Klub prezidenti ilə görüşdə bir daha əmin oldum ki, burda hər şey peşəkar səviyyədə təşkil edilib. Fikrimcə, belə prezidenti olan komandada futbolçuların heç bir problemi ola bilməz.
- Mətbuatın yazdığına görə, sizə bir çox klublardan təkliflər var idi. Ancaq siz “Neftçi”yə keçməyə üstünlük verdiniz...
- Bildiyiniz kimi, son mövsümü "Qremio" Prudentenin heyətində keçirmişəm. Əlbəttə, vətənimdə və Avropada bir çox klub məni transfer etməkdə maraqlı idi. Təbii ki, mən bütün təklifləri gözdən keçirdim, onların içərisində Azərbaycandan ilk təklifi irəli sürən "Neftçi"ni seçdim. "Neftçi"nin Azərbaycanın ən köklü komandası olması amilini də nəzərə aldım. Hər bir futbolçu üçün belə klubda oynamaq böyük şərəfdir.
- Hazırda CAR-da futbol üzrə dünya çempionatı davam edir və vətəninizin yığması Şimali Koreyaya qarşı ilk görüşünü keçirdi. Karlos Dunqanın yetirmələrinin oyununu necə qiymətləndirirsiniz ?
- Dünya çempionatı böyük və möhtəşəm turnirdir. Təbii ki, hər zaman olduğu kimi Braziliya yığması bu mundialda da qələbə qazanmağa ən real namizəddir. Mən düşünürəm ki, dünya çempionatında zəif rəqiblər olmur. Şimali Koreya ilə oyun bunu bir daha sübut etdi. Ancaq Braziliya yığmasının mundialda qələbəni bayram edəcəyinə ürəkdən inanıram.
Mənbə: neftchifc.com

0
0