Juninyo “Xəzər-Lənkəran”ı “Bakı”ya dəyişir
16.06.2010 - 16:57
“Xəzər-Lənkəran”ın daha bir futbolçusu karyerasını Bakıda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, paytaxtın daha titullu klubu “Neftçi”yə keçən Denis Silvanın ardınca Juninyo Osvaldo “Bakı”nın düşərgəsində yer alıb.
Artıq hazırlığa başlayan paytaxt təmsilçisinin yeni baş məşqçisi Vinfred Şaferin rəhbərliyi altında ilk məşqinə çıxan 28 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını bu klubda davam etdirmək arzusundadır. Bu, Şaferin son qərarından sonra həyata keçəcək.
Qeyd edək ki, 2007-ci ildən “Xəzər-Lənkəran”da çıxış edən Juninyo ötən mövsümün böyük hissəsini zədə üzündən buraxmalı olmuşdu.
Mənbə: extratime.az

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0