“İnter”: Valeri Abramidze ilə maraqlanmırıq!
16.06.2010 - 19:01
“Transfer çalışmalarımızı davam etdiririk. Arif Daşdəmirov və Nizami Hacıyevdən sonra Camal Məmmədov və Bacana Tsxadadze ilə də müqavilə imzaladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.
Yeni oyunçu axtarışını davam etdirən son çempion müqaviləsi başa çatmış futbolçularla da yeni müqavilə imzalayıb. İsmayılovun sözlərinə görə, Georgi Lomaya, Kaxaber Mjavanadze, David Odikadze, Bronislav Çervenka və Girts Karlsons qarşıdakı mövsümdə də bu klubun formasını geyinəcək. Son vaxtlar latviyalı yarımmüdafiəçi Andreys Rubinin “Qarabağ”a keçəcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin “İnter”in rəsmisi bunun əsassız olduğunu bildirib: “Rubinsin bizimlə müqaviləsi var. Klub rəhbərliyi öz yığmalarının heyətində forma geyinən bütün futbolçulara iyunun 20-ə qədər istirahət verib. O, həmin tarixdən sonra komandanın düşərgəsinə gələcək”.
İsmayılov “Neftçi”nin yeni müqavilə bağlamadığı gürcü müdafiəçi Valeri Abramidze ilə məsələyə də aydınlıq gətirib: “Nə klub prezidenti, nə baş məşqçi, nə də “İnter”dən kimsə Abramidze ilə danışıb. Bu haqda mətbuatdan oxuyuruq. Hazırda komandamıza baxışa heç kimin gəlməyib. Yeni legionerlər yaxın günlərdə gələcək”.
Qeyd edək ki, Çempionlar Liqasına hazırlaşan “İnter” iyunun 15-də Bolqarıstana üç həftəlik təlim-məşq toplanışına yollanıb.

0
0