“Xəzər-Lənkəran”ın son rəqibi müəyyənləşdi
16.06.2010 - 17:39
“Xəzər-Lənkəran” klubunun Almaniyada sonuncu yoxlama oyununda rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Donetsk “Şaxtyor”u ilə bugünkü görüşdən sonra Avstriya təmsilçiləri ilə qüvvəsini sınayacaq.
Bu, iyunun 19-da əvvəl nəzərdə tutulduğu kimi “Rid”, 4 gün sonra isə “Mattersburq” klubu olacaq. Hər ikisi ölkəsinin yüksək liqasında çıxış edir. Həm “Rid”, həm “Mattersburq”la oyun Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Avstriya ilə sərhədin yaxınlığında hazırlıq keçir. Komanda sonuncu yoxlama oyununu Almaniyanın aşağı divizionda çıxış edən oynayan “Burqhauzen” klubu ilə keçirməyi planlaşdırmışdı.

0
0