Tuyqun Nadirov Stanislav Çerçesovla “yaxalandı” - FOTO
17.06.2010 - 01:17
“Xəzər-Lənkəran” klubunun dünən Ukrayna “Şaxtyor”u ilə keçirdiyi yoxlama matçını 50-yə yaxın azarkeş izləyib. Apasport.az saytının məlumatına görə, onların arasında məşhur rusiyalı qapıçı, vaxtilə Moskva “Spartak”ının qapısını qorumuş Stanislav Çerçesov da olub. Tanınmış qolkiper oyun zamanı “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla söhbətləşib.
0
0